01 aprel 2022 18:12
1091

Gəlinimin bir tərəfi italyan, bir tərəfi isə irland əsillidir - Elmar Məmmədyarov/VİDEO

“Övladımın həyat yoldaşının erməni əsilli olması ilə bağlı yayılan məlumatlar düzgün deyil. Onlar Nyu-Yorkda bir yerdə oxuyublar”.

“İki sahil” xəbər verir ki,  bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən deyib.

E.Məmmədyarov kiçik oğlunun xarici ölkədə baş tutan toy mərasimindən danışıb:

“Gəlinimin bir tərəfi italyan, bir tərəfi isə irland əsillidir. Ailə qurduqdan sonra soyadını dəyişərək Məmmədyarova yazdırıb”.