Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Yenikənd kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən "İki sahil"ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bilavasitə bitişik çəpər və kol-kos sahədə baş verdiyi və hər an evə keçmək riskinin olduğu müəyyən edilib. Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının bitişik evə və təsərrüfat tikilisinə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub. Yanğın nəticəsində vətəndaşa məxsus həyətyanı sahədə təxminən 40 p.m çəpər və 50 kv.m sahədə kol-kos yanıb.
Bitişik ev və təsərrüfat tikilisi yanğından mühafizə olunub.
2026-cı ilin birinci rübü üzrə “E-Şikayət” platformasına 1741 müraciət daxil olub
Lənkəranda çiyələk və kartof istehsalçıları və ixracatçıları ilə görüş keçirilib