18 mart 2022 16:41
912

"Yalvarıram, bağışla məni” VİDEO

Müğənni Elşad Qarayev xətrinə dəydiyi həyat yoldaşından üzr istəyib.

“İki sahil” xəbər verir ki,  bu, “1 dəqiqə” verilişində yaşanıb. 

İfaçı bildirib ki, 41 ildir ailəlidir və buna görə xanımına borcludur: “Xətrinə dəymişəm, məni bağışla. Dahi insansan ki, mənim kimi xasiyyətli insana 41 ildir dözmüsən”.

E. Qarayev studiyada diz çökərək “yalvarıram, bağışla məni” sözlərini deyib.