Fransa prezidentliyinə namizəd Valeri Pekres aktivistlərin hücumuna məruz qalıb.
“İki sahil” Fransa mediasına istinadla xəbər verir ki, iki aktivist seçki kampaniyası çərçivəsində kiçik və orta sahibkarlarla görüş keçirməyi planlaşdıran Valeri Pekresin üzərinə çəhrayı toz atıblar.
Qeyd edək ki, bir müddət əvvəl Valeri Pekres Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər edib.