Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.
Hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb. "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.
***
Sumqayıtda ağır yol qəzası olub, yaralılar var.
“İki sahil” xəbər verir ki, avtobusla minik avtomobili toqquşub. Qəza şəhərin "Mero" kimi tanınan ərazisində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.