Publika.az xəbər verir ki, Makedoniya yarışmaya ölkəsinin ən məşhur müğənnilərindən birini göndərib. Kaliopinin artıq “Eurovision” təcrübəsi var. Belə ki, o, 2012-ci ildə ölkəsini “Ağ qara” adlı mahnı ilə təmsil edib. Bu dəfə isə “Dona” mahnısı ilə yarışmaya qatılacaq. Mahnının sözlərini təmsilçi özü yazıb. Musiqisi isə Romeo Qrillə aiddir. Müğənni mahnını Makedoniya dilində ifa edəcək.