13 mart 2022 02:02
795

Fransa prezidentliyinə namizəd yumurtalı hücuma məruz qaldı

Fransada prezidentliyə namizəd Erik Zemmura hücuma məruz qalıb.

Belə ki, naməlum şəxs siyasətçiyə yaxınlaşaraq yumurtanı onun başına çırpıb.

Hücumu həyata keçirən şəxs mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Hələlik hücumun motivi məlum deyil.

Oxu.Az