Ukraynanın Zaporojye vilayətində Rusiya ordusuna məxsus tank dinc əhalinin olduğu avtomobili əzib.
“İki sahil” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin polisi məlumat yayıb.
Qeyd edilib ki, yolun kənarında dayanan “Tavriya” markalı minik avtomobilinin üstündən tankın keçməsi nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub.