Müsahibimiz Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Amaliya Pənahovadır
- Sözsüz. Televiziyanın məkanları genişdir. Teatr məhdud bir çərçivədir. Bir gecəyə uzağı 1000 nəfər tamaşaçı gəlib əsərə baxırdısa, televiziya vasitəsilə yüz minlərlə adam seyr edir. Televiziya vasitəsilə bir gün ərzində milyonların sevimlisi olursan. Birinci kursdan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alıb tamaşalara çəkilməyə başladım. İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşası televiziya vasitəsilə yayımlandıqdan sonra bir gecənin içində populyar bir aktrisa oldum. Bu, gənc tələbə üçün böyük uğur idi. Deyərdim ki, təbliğat üçün kinodan da çox televiziyanın böyük əhəmiyyəti olub.
- “Nişanlı qız” tamaşasının premyerasından dörd saat əvvəl əlimdəki yağlı şorba ilə dolu qaynar qazan yerə düşüb dağıldığı üçün ayağım əməlli-başlı yanmışdı, ikinci dərəcəli yanıq idi. Premyera tamaşasında oynaya bilmək üçün mənə ağrıkəsici iynə vurub təcili yardım maşını ilə teatra gətirmişdilər. Səhnəyə ayağısarıqlı çıxa bilməzdim, çünki oynadığım Zərifə obrazının geyim və davranış tərzi buna imkan vermirdi. Amma tamaşaçılar heç nə hiss etmədilər. Birinci hissədən sonra tamaşanın rejissoru Məlik Dadaşov səhnə arxasında qarşımda diz çöküb sonsuz minnətdarlığını bildirdi.
“Gözlə məni” filminin çəkilişləri vaxtı mənim oynadığım Fəxrəndə xanım çayda batmalı idi. Mənim də əynimdə bir neçə qatlı libas, kəmər, parik... O epizodu Qudyalçayda çəkirdik. Özü də noyabr ayı idi. Qudyalçay da çox iti axan çaydı. Məni torlarla tuturdular ki, batmayım. Su bumbuz idi. Çox çətinliklə alındı o səhnə, düz üç dubla. Su məni tez-tez yıxırdı. Hər dubldan sonra paltarlarımı, parikimi ocaqda qurudurdular, özüm də maşına qaçırdım, orada bədənimə qaz yağı sürtürdülər ki, soyuqlamayım. “Hamlet” tamaşasının premyerasının ikinci günü vaxtından üç ay əvvəl qızım dünyaya gəldi. Bu, bizim sənətimizdir hər şey ola bilər.
- Akademik Milli Dram Teatrının aktrisası olanda “İfigeniya” (J.Rasinin eyniadlı faciəsi əsasında-red.) tamaşasındakı baş roldan imtina etmişdim - İfigeniyanın orada balasının üstündə ağı deyən səhnəsi var, mən də hər rolu ürəkdən oynayıram, qorxdum bu rol mənə pis təsir edər, ona görə imtina etdim. Bir də İlyas Əfəndiyevin “Tənha iydə ağacı” pyesindəki baş roldan imtina etmişdim, çünki artıq Bakı Bələdiyyə Teatrını yaratmışdım, “Azdrama”dan gedirdim. Amma o vaxta qədər İlyas Əfəndiyevin teatra təqdim etdiyi 15 pyesin 13-də baş rolda çıxış etmişəm. O rolların hamısı mənim üçün yazılıb. Tamaşalar da böyük anşlaqla gedib.
- Bəli, belə təkliflər də az olmayıb. Keçən əsrin 70-ci illərində Rusiyadan olmuşdu. Türkiyədən, Polşadan da belə təkliflər almışdım. Ancaq həmişə hesab edirəm ki, Azərbaycan mədəniyyətinə lazımam, planlarım isə hələ tükənməyib.
- Bəli. Demək olar ki, tez-tez dəvətlər alıram. Bir neçəsinə də çəkilmişəm. Türkiyə və Azərbaycanın müştərək işi olan “Acılar bitmir” filmində rol aldım. “Məhkumlar” serialına çəkildim. Amma bir çox dəvətlərə etiraz edirəm. Çünki istəyirəm ki, orada professional aktyorlar çəkilsin. Öz seriallarımızın çəkilməsini təqdirəlayiq hesab edirəm. Düzdür, onlar hələ ələnəcək, sonda yaxşıları qalacaq. Yeni addımlar həmişə çətin olur.
- Bu gün məşhur dramaturqların əsərlərini repertuarımıza daxil etmişik. Şillerin “Məkr və məhəbbət” faciəsini səhnələşdiririk. Həmçinin Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin müəllimi” komediyası üzərində işləyirik. Eyni zamanda 2013-cü ildə yaratdığımız “Amalfilm” studiyasında Bələdiyyə Teatrının 25 illiyi üçün sənədli film hazırlanır. Eyni zamanda sayt üzərində işləyirik ki, Bələdiyyə Teatrının bütün arxivini oraya yerləşdirək, tamaşalarda iştirak etməyən izləyicilər seyr edə bilsinlər. Planlar çoxdur.
- Rəhmətlik Yusif Muxtarov böyük sənətkar idi. 30 il Azərbaycan radiosunun diktoru oldu. Azərbaycan dilinin gözəlliyini mənə öyrətdi. Hər dövrdə çətinlik də, asanlıq da olub. Çalışırıq ki, dəf edək.
-Fəaliyyətim dövründə bir-birindən fərqli 500-ə yaxın qadın obrazı yaratmışam. Mənim nəzərimdə sənətkarın tavanı yoxdur. Püxtələşdikcə ucalır. Demək olar ki, arzusunda olduğum bütün rolları ifa etmişəm. Bu gün artıq gənclərə yol açıram. Teatra çox istedadlı tələbələrimi dəvət etmişəm. Onların potensialına güvənirəm.
- Heç biri real həyatdakı Amaliya deyil. Özümdəki həssaslığı, vətənpərvərliyi, əzmkarlığı ifa etdiyim rollara yükləyirəm. Tomris rolunda bunu daha yaxından hiss etdim.
-Mən desəm, bir az qısqanclıq kimi qəbul edilər. Ancaq tamaşaçılar tərəfindən qəbul olunmayıb. Özünü tərifləmək kimi çıxmasın, mən o rolları anşlaqla ifa etmişəm. Heç istəməzdim ki, onlar yenidən çəkilsin.
Şəmsiyyə Əliqızı,
Tural Əhmədov, (foto) “İki sahil”