06 mart 2022 22:48
1027

Rusiya qırıcısı Xarkov səmasında vurulub - VİDEO

Xarkov üzərində Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri Rusiyanın qırıcısını vurub.

"İki sahil" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi adminstrasiyasının rəisi Oleq Sinegubov məlumat yayıb.

Rusiyaya məxsus Su-25 təyyarəsi yerli vaxtla saat 18 :15 Milli Qvardiyaçılar tərəfindən zenit-raket kompleksindən vurulub.

“Təyyarə Kuliniçi rayonuna düşüb. Xarkov Hava Hücumundan Müdafiə Qüvvələri bu gün məhsuldar gün keçirib”, - deyə Sinegubov bildirib.