05 mart 2022 16:10
1486

Seda Sayan Şəbnəm Tovuzluya: Sibel Cana bənzəmirsiniz

Müğənni Şəbnəm Tovuzlu türkiyəli həmkarı Seda Sayanın “Sabahın sultanı Seda Sayan” proqramında qonaq olub.

“İki sahil” xəbər verir ki, veriliş zamanı onlar arasında maraqlı dialoq yaşanıb:

Seda Sayan: Sənə Azərbaycanın Sibel Canı deyirlər?

Şəbnəm Tovzlu: Elə deyirlər. Sibel Canı çox sevirəm.

Seda Sayan: Amma bənzəmirsiniz. Sibel ağappaq qadın, sən daha əsmərsən. Bəlkə, səs olaraq bənzədirlər?

Şəbnəm Tovuzlu: Yox. Üz quruluşu biraz. Bir-iki fotoma görə mediada elə deyiblər. Amma nə yaxşı ki, Şəbnəm Tovuzluyam.  

Ş. Tovuzlu verilişdə bir neçə sevilən mahnısını ifa edib.