05 mart 2022 14:03
752

Ukraynada Rusiyaya məxsus daha bir helikopter vuruldu VİDEO

Ukrayna hərbçiləri Rusiyaya məxsus daha bir helikopteri vurub.

“İki sahil” “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiyalar İdarəsi verib. 

Ukrayna mediası Rusiya qoşunlarına məxsus təyyarənin vurulma anının videogörüntülərini yayıb. 

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, ötən sutka Ukrayna səmasında Rusiya qoşunlarına məxsus daha üç təyyarə və üç helikopter vurulub.