Ekspertlər sevgini kimyəvi reaksiyalarla, heyvani instinktlərlə və ya sosial qanunlarla izah etməkdən əl çəkmirlər. Aşağıda elm adamlarının sevgi ilə bağlı düşüncələri yer alır:
1. "Sevgi susuzluq kimidir" - Tibb Kollecinin nevroloqu Lüsi Braun.
Aşiqin yaşadıqları susuzluq hissinə bənzəyir, onu ancaq ehtiras obyektinin varlığı ilə söndürmək olar. Bütün düşüncələr, hərəkətlər, istəklər - hər şey birdən-birə sevgilinin yanında olmaq istəyinə tabe olur. Təbii ki, hər kəsin öz temperamenti var və insanlar romantik hissləri müxtəlif yollarla ifadə edir, lakin aşiq olan istənilən insan eyforiyaya bənzər bir vəziyyət yaşayır.
2. "Sevgi beyninizə birinin yerləşməsi kimidir" - Helen Fisher, Rutgers Universitetinin antropoloqu.
Sevginin məncə üç əsas növü var: cinsi cazibə, eşq və dərin sevgi. İnsan aşiq olduğu zaman qarşı tərəfə aid olan hər şeyin "xüsusi " olduğunu düşünür, geyindiyi paltardan yaşadığı küçəyə qədər. Eşq yaşayan insanın ürək döyüntüsü və tərləməsi artır, "qarnında kəpənəklər uçur". Bu dopamin hormonunun daha çox ifraz olunması ilə əlaqələndirilir. Beləliklə insan tək bir "Səni sevirəm" cümləsinə eşitmək üçün hər şey etməyə hazır olur.
3. "Hörmət olmayan yerdə sevgi düşünülə bilməz" - Keith Wax, psixoloq.
Qarşılıqlı hörmət və etimad olmadan sevgi yoxdur. Aşiqlər özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar, buna görə də uğurlu münasibətlər həmişə dürüstlük, sədaqət, emosional dəstək və fədakarlıqdan ibarətdir. Psixoloq sevgiyə əks olan hissin nifrət deyil, laqeydlik olduğunu vurğulayır. Əgər bir insan haqqınızda narahat olmağı, sizin qeydinizə qalmağı dayandırırsa, o, artıq sizi sevmir.
4. " Sevgi tarixən sabitdir" - tarixçi Stephanie Kuntz.
İnsanlar tarix boyu bir-birlərinə aşiq olublar, lakin ehtiraslı romantik hisslər, nisbətən yaxın vaxtlara qədər, münasibət üçün layiqli əsas hesab edilmirdi. İnsanların əksəriyyəti valideynlərinin iradəsinə tabe olaraq ailə həyatı qururdu. Lakin XIX əsrdə vəziyyət dəyişməyə başlayır və sevgi ailə münasibətlərində daha mühüm rol oynayır. Tarixçi münasibətin uzunömürlü olmasında ailədə sevgi ilə yanaşı dostluğun da olmasının vacibliyini vurğulayır.
Nərmin Nərimanova,
Bakı Slavyan Universitetinin tələbəsi
Mənbə: https://stakanchik.media/article/8-nauchnih -objasneniy-ljubvi