03 mart 2022 21:02
848

Çerniqovada 22 nəfərin cəsədi dağıntılar altından çıxarılıb VİDEO

Rusiya hərbçilərinin Çerniqova endirdiyi aviazərbələr nəticəsində həlak olan 22 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Saat 15:30-a olan məlumata görə, aviazərbələr nəticəsində həlak olan 22 nəfərin meyiti dağıntılar altından çıxarılıb. Xilasetmə işləri davam edir", - məlumatda deyilir.