01 mart 2022 21:03
950

Ərdoğan da Putinlə Zelenskinin mümkün qədər tez görüşməsinin tərəfdarıdır - Lukaşenko/VİDEO

Danışıqlar prosesi irəliləyəcəyi təqdirdə Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü istisna olunmur.

“İki sahil” BELTA agentliyinə istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib.

Bununla belə, Belarus rəhbəri qeyd edib ki, ilk növbədə tərəflər əsas məsələlərdə razılığa gəlməlidir.

Lukaşenko həmçinin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hər 2 liderin mümkün qədər tez görüşməsinin tərəfdarıdır.