01 mart 2022 17:51
1022

Hakim azarkeşə kəllə vurdu - VİDEO

Şotlandiyada keçirilən həvəskarların yarışında  "Atletik" - "Qlasqo Yunayted" matçında qəribə hadisə yaşanıb.

"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, oyun hakimin yan xəttin yaxınlığında tamaşaçılardan birini vurması səbəbindən dayandırılıb. Görüşün sonlarında matçın hakimi kənar xəttə yaxın olan gənc tamaşaçıya başla zərbə endirib. 

Oyunun 90+2-ci dəqiqədə - "Atletik"in 6:2 hesablı öndə olduğu vaxt hakimin davranışı səbəbindən başa çatmayıb. Şotlandiyalı referinin davranışı başqa bir izləyici tərəfindən videoya çəkilib və internetdə yayılıb.