SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin rəhbərliyi ölkəmizin ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin və qazilərin qazla bağlı müraciətlərini daim diqqətdə saxlayır.
Bu istiqamətdə daha iki Vətən müharibəsi iştirakçısı Təbriz Əliyevin və Təmkin İsgəndərlinin qazla bağlı müraciətləri dərhal nəzarətə götürülmüşdür. Belə ki, Təbriz Əliyev Salyan rayonunun Şorsulu kəndində ona məxsus həyətyanı sahəsinin yaxınlığından keçən qaz xəttinin yerinin dəyişdirilməsi, Təmkin İsgəndərli isə eyni adlı kənddə ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Birliyə müraciət etmişdilər. Ünvanlanan müraciətlərə müsbət yanaşan Birlik rəhbərliyi hər iki müharibə istirakçısının istəklərini yerinə yetirmişdir.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib