Təhsil eksperti Kamran Əsədov “İki sahil TV”nin suallarını cavablandırıb.
Ekspert qeyd edib ki, son günlər mediada bəzi müəllimlərin şagirdlərə fiziki təzyiq göstərmələrini, yaxud şagirdlərin müəllimlərə qarşı tərbiyəsiz və hörmətsiz davranmalarını əks etdirən videogörüntülər yayımlanır: “Bildiyimiz kimi, bu görüntülər ölkə mediasının gündəmindən düşmür, cəmiyyət arasında geniş müzakirələrə səbəb olur. Təhsil haqqında qanun var. Müəllim qanunvericiliklə müəyyən edilmiş cinayət tərkibli hərəkətlərə yol veribsə, qanunda nəzərdə tutulduğu kimi cəzalandırıla bilər. Ancaq müəllim və şagird arasındakı münasibətlərin hər bir kiçik detalını qanunvericilikdə axtarmaq da düzgün deyil. Ümumiyyətlə, hesab edirəm ki, şagirdi döyməklə, qorxutmaqla heç nəyə nail olmaq olmaz. Bu cür videolar hazırda məktəblərdə olan vəziyyəti, həmçinin onun çoxsaylı problemlərini nümayiş etdirir.”
Daha ətraflı məlumat almaq üçün aşağıdakı videoya daxil olaraq izləyə bilərsiniz.