Sabah, fevral ayının 25-də saat 12:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu keçiriləcək.
“İki sahil” “Azəriqaz”a istinadən xəbər verir ki, Baş direktor Ruslan Əliyev Bərdə rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Ağcabədi rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Beyləqan rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Tərtər Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib