Bolqarıstanda keçirilən güləş üzrə beynəlxalq turnirdə iki Azərbaycanlı güləşçi üz-üzə gəlib.
“İki sahil” xəbər verir ki, sərbəst növdə 74 kq çəki dərəcəsində həlledici qarşılaşmada Turan Bayramov Cəbrayıl Qadjiyevə rəqib olub.
Lakin görüş qalmaqalla yadda qalıb. Belə ki, Azərbaycan yığmasının milliləşdirilmiş üzvü, əslən dağıstanlı olan Cəbrayıl Qadjiyev qarşılaşmanın gedişində Turan Bayramova bilərəkdən xəsarət yetirməyə çalışıb.
O, barmağı ilə komanda yoldaşının gözünü əzib. Bu qaydalardan kənar hərəkət matçın hakimlərinin də gözündən yayınıb. Bu görüntülər sosial şəbəkələrdə müzakirəyə çevrilib və azarkeşlər Cəbrayıl Qadjiyevin bu hərəkətinə görə cəzalandırılmasını tələb edib.