Müğənni Əli Mirəliyev ötən il COVID-19-dan vəfat edən Xalq artisti Səməd Səmədovun son günlərini xatırlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə o, “O üz” proqramında danışıb.
Mirəliyev sağlığında Səmədovun qədrini bilmədiyini etiraf edib: “Səmədin ölümündən sonra bir müddət ümumiyyətlə efirlərə çıxmadım. Heç kimlə danışmadım, heç kimə heç nə demədim. Düz adam idi. Heç kimin etmədiyini etdi. Xəstəxanadan zəng edib deyib ki, mən koronayam, ölürəm behi qaytarın. Hansı müğənni onu edərdi?”.