Almaniyanın Berlin şəhərində "Xarı-Bülbül" Mədəniyyət Evinin nəzdində təşkil olunmuş Ana dili kurslarının yuxarı yaş qrupundan ibarət şagirdlərinə 26 fevral Xocalı soyqırıminin 30 cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımını gənc nəslin nümayəndələrinə tanıdaq" adlı maarifləndirici seminar kecirilib.
“İki sahil” xəbər verir ki, seminara AFR-dəki səfirliyimizin 1-ci katibi Nurçin Əliyev, səfirliyin 1-ci katibi Elman Muradov da dəvət olunublar. Eləcə də "Xarı-Bülbül" Mədəniyyət Evinin sədr müavini Saur Kadirli və "Xarı-Bülbül" Mədəniyyət Evinin və AAA İdarı Heyətinin Zaur Spivak da iştirak ediblər.
Seminarı giriş sözü ilə mədəniyyət evinin sədri, AAA sədr müavini Sevda Badaliouri (Qəribova) açıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Daha sonra söz Nurçin Əliyevə verilib.
O, çıxışında gənc diaspor üzvlərinə Xocalı soyqırımı ilə bağlı ətraflı danışaraq, ermənilərin törətdiyi vəhşiliklərdən söz açıb, gənclərə oz tövsiyələrini bildirib.
Hər zaman ürəyi Azərbaycanla döyünən, kursun fəal diaspor üzvü, alman əsilli Matthias Wolf da öz urək sözlərini bölüşüb, soyqırımı ilə bağlı kədərini bildirib.
Daha sonra Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olunub. Sonda soyqırımında həlak olanlarin ruhuna ehsan süfrəsi verilib.
Allah Xocalı soyqırımında həlak olan həmvətənlərimizə rəhmət eləsin!