18 fevral 2022 12:38
843

Eldarla amerikalı diplomatının dueti VİDEO

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson və müğənni Eldar Qasımov ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklərini nümayiş etdirmək üçün elektromobillə gəzintiyə çıxıblar.

“İki sahil” xəbər verir ki,  bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.

Onlar gəzinti zamanı “Carpool Karaoke” tərzində mahnılar ifa ediblər. Qasımov Dikersonun Azərbaycan dilində çox gözəl oxuduğunu deyib.

Sosial şəbəkə izləyicilərinin marağına səbəb olan həmin görüntüləri təqdim edirik.