16 fevral 2022 12:11
2889

Müğənni Şəhla Həmidova: Salonda masaj edirəm, məni bir övladla kim alar?

“Xalq ulduzu” müsabiqəsindən tanınan müğənni Şəhla Həmidova hazırda gözəllik salonunda masaj ustası kimi çalışır.

“İki sahil” xəbər verir ki,  bunu “Günün sədası” verilişi ortaya çıxarıb. Həmidova toylara dəvət almadığını deyib:

“Pul qazanacağım yer bir toydur. Ora da bu gün kimi aparırlar göz qabağındadır. Mən “üç badam, bir qoz” mahnıları oxuya bilmirəm, oxumayacağam da. Salonda masaj edirəm, əlimdən gələn qədər...”.

Uğursuz şəxsi həyatından danışan Şəhla bunları deyib: “Şəxsi həyat da olmadı. İkinci dəfə ailə qurmaq təklifi olmayıb. İndi ailə quranlar arxalı yer axtarır: alacaqları qızın ana-atasının yaxşı işi olsun. Məni bir övladla kim alar? Tək uşağımı oxutdum, litseyi, sonra universiteti bitirdi. İndi çox vaxt o mənə dəstək olur”.