Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.
Araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib.
Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.
Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.
Xatırladaq ki, hadisə fevralın 5-də “İnşaatçılar” metro stansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.
Arzu edərdik ki, fəaliyyətini dövrün tələblərinə uyğun quran media orqanlarının sayı daha çox olsun- Rəşad Məcid
Süni intellekt jurnalistikada: köməkçi alət, yoxsa informasiya risklərinin güzgüsü? - RƏŞAD MƏCİDİN MÖVQEYİ