Fevralın 9-u axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
"İki sahil"in FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının kol-kos sahədə baş verdiyi və qısa müddətdə bilavasitə yaxınlıqdakı meşə zolağına keçmə riskinin olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənib yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumilikdə təxminən 500 kv.m sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər və meşə zolağı yanğından mühafizə olunub.
Arzu edərdik ki, fəaliyyətini dövrün tələblərinə uyğun quran media orqanlarının sayı daha çox olsun- Rəşad Məcid
Süni intellekt jurnalistikada: köməkçi alət, yoxsa informasiya risklərinin güzgüsü? - RƏŞAD MƏCİDİN MÖVQEYİ