Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yanında İctimai Şuranın növbəti iclası keçirilib.
“İki sahil” “Azəriqaz”a istinadən xəbər verir ki, iclasda digər məsələlərlə yanaşı, Şura sədrinin seçilməsi də gündəliyə daxil edilib.
Belə ki, Şuranın yanvarın 18-də keçirilmiş iclasında Xəyal Bəşirov Şuranın sədrliyindən istefa vermişdi. Bugünkü səsvermənin nəticəsi olaraq “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi”nin sədri Elçin Salmanov yekdilliklə Şuranın yeni sədri seçilib.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib