30 yanvar 2022 13:27
1384

Nəfəs valideynləri haqda:  Elə bilirdim yetiməm/YİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı gənc müğənni Nəfəs Məmmədli olub.

“İki sahil” xəbər verir ki, ifaçı uşaq vaxtı valideynlərinin onu nənə-babasının himayəsinə verdiyini etiraf edib: “Ailədə ilk övlad olmuşam. Valideynlərim məni əziyyətlə böyütməyə çalışıblar. O zamanlar rayonda yaşayırdıq, bacım daha sonra isə, qardaşım dünyaya gəldi. Artıq​ 3 uşaq olmağımız ailəmi çətinliyə saldı. Bəzən biz istəməsək də, maddi səbəblərdən övladımıza arzuladığımız həyatı yaşada bilmirik. Atam şəhərdə işləməyə getdi. Daha sonra​ anamgili də yanına apardı. Nədənsə seçilən uşaq mən oldum. Məni nənəmlə babama verdilər, onlar sahibləndi. Bir neçə il ailəmi görmədim. Razılıq əsasında olsa da, boynu bükük idim. Elə bilirdim yetiməm”.