Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə metrodan istifadə edən sərnişinlər arasında profilaktiki tədbirlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları Bakı Metropoliteninin stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinlərlə profilaktiki söhbətlər aparılıb. Tədbir çərçivəsində qaydalara əməl etməyən şəxslər barəsindən inzibati cəza protokolu tərtib olunmayıb.
Metropolitendə Polis Şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları tibbi maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “tibbi maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub.
Profilaktiki tədbirlər davam etdirilir.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib