Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan neft nəqli davam etdirilir.
Bu barədə "İki sahil"ə açıqlamasında SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
İ.Əhmədov bildirib ki, ildə orta hesabla 100 min tona yaxın Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunur.
Qeyd edək ki, uzunluğu 1768 kilometr olan Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. Ötən ilin dekabrın 12-dək boru kəməri ilə 500 milyon ton neft nəql edilib.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib