Dövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqı artırılacaq.
“İki sahil” xəbər verir ki, bunu "Report"a eksklüziv açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
"Bizdə maaşlar minimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq", - o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əmək haqqı 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib