“Caspian European Club” “Caspian Business Award - 2021” beynəlxalq mükafatının təqdimetmə mərasimini keçirib.
"İki sahil" bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, qurum "Regionların sosial inkişafına verdiyi xüsusi töhfəyə görə" mükafata layiq görülüb.
Mükafat "Azəriqaz"ın baş direktoru Ruslan Əliyevə təqdim olunub. Göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirən baş direktor bildirib ki, İstehsalat Birliyi bundan sonra da sahibkarların dostu kimi münasibətlərin daha da möhkəmləndirilməsinə çalışacaq.
Əlavə olaraq R. Əliyev qeyd edib ki, qurum hər zaman şəhid və qazi ailələrinin müraciətlərinin həllinə həssaslıqla yanaşıb, bundan sonra da onların qayğıları ilə daha da yaxından maraqlanacaq.
Nominantlar yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib. Caspian Business Award 2021” mükafatı “İlin neft və qaz istehsalçısı” nominasiyasında SOCAR-ın “Azneft” İstehsalat Birliyi, “İlin qazma şirkəti” nominasiyasında SOCAR-ın Kompleks Qazma İşləri Tresti mükafatlandırılıb. Mükafat alanlar sırasında Azərbaycanın digər tanınmış şirkətləri də var.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib