Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyi onun Fəxri xiyabandakı məzarını ziyarət etmişdir.Şirkət rəhbərliyinin nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu öndərin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhu qarşısında baş əymişlər.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib