Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstanda törəmə “SOCAR Georgia Gas” şirkəti hazırda 780 mindən çox abunəçiyə xidmət göstərir.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətin direktoru Azər Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 2007-ci ildən etibarən şirkət Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb və 11 min kilometr uzunluqda qaz kəməri inşa edib.
Qeyd edək ki, Gürcüstanın təbii qaz bazarına 2007-ci ildə daxil olan “SOCAR Georgia Gas” qazın çatdırılması və paylanılması, eyni zamanda istehlakçılar və tədarükçülərə çatdırılmasını təmin edir. Şirkətdə 2 mindən çox əməkdaş çalışır.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib