SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində günəş panelləri quraşdırılır.
SOCAR-dan "İki sahil"ə verilən məlumata görə, artıq iki YDM-də günəş enerjisindən istifadə üçün 214 panel quraşdırılıb.
Günəş panelləri vasitəsilə ildə təxminən 85 000 kVt/s enerji istehsal olunur.
Günəş panellərindən alınan bu enerji ilə yanacaqdoldurma stansiyasının enerji tələbatının bir hissəsini ödəmək mümkündür. SOCAR qonşu ölkə ərazisində fəaliyyət göstərən YDM-lərdə 2022-ci ildə 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır.
Qeyd edək ki, SOCAR Gürcüstanın neft-qaz sektorunda belə bir layihəyə start verən ilk şirkətdir.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib