Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda fəaliyyətinin 15 illiyini qeyd edir.
“İki sahil” xəbər verir ki, şirkət Gürcüstan bazarına 2006-cı ildə daxil olub.
SOCAR-ın qonşu ölkədəki törəmə “SOCAR Georgia Petroleum” şirkətindən bildirilib ki, Gürcüstan şirkətin Azərbaycanın hüdudlarından kənarda yanacaq doldurma məntəqəsinin açıldığı ilk ölkə olub.
Bundan başqa, SOCAR Gürcüstanda ən iri investorlardan biridir və uzun illər boyu ən böyük vergi ödəyicisidir. Şirkətin Gürcüstan üzrə əməkdaşlarının sayı 4 min nəfərdən çoxdur.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib