"SOCAR Türkiyə"nin bu günə qədər SOCAR Terminal, Petkim, Star Neft Emalı Zavodu (NEZ) və TANAP daxil olmaqla investisiya xərcləri 16.5 milyard dolları keçib.
"İki sahil" xəbər verir ki, layihələrin investisiya xərcləri aşağıdakı kimidir:
Star NEZ 6.3 milyard dollar,
Depolama 600 milyon dollar,
SOCAR Konteyner Terminalı 400 milyon dollar,
Petkim-in özəlləşdirilməsi 2 milyard 40 milyon dollar və təxmini hər il təqribən 100 milyon dollar olmaqla ümumilikdə 1 milyard dollar, TANAP 6.5 milyard dollar.
Qeyd edək ki, SOCAR Türkiyə Aliağa bölgəsindəki bütün törəmə şirkətləri əhatə edən ərazi üçün "Xüsusi Sənaye Bölgəsi" adını alan Türkiyədəki ilk şirkətdir.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib