Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Lənkəran rayonunda təşkil olunacaq.
“Azəriqaz”dan "İki sahil"ə verilən məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində (Mədəniyyət evinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” dekabrın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. “Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib