SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup əməkdaş ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi məlumat yayıb.
Birliyin Baş direktorunun kadr məsələləri üzrə müavini Teymur Mahmudovun iştirak ilə baş tutan görüşdə “Azneft” İB-nin Vətən müharibəsində iştirak edən əməkdaşlarının problemləri dinlənilib, onların səsləndirdiyi təkliflər müzakirə edilib.
Bildirilib ki, SOCAR, “Azneft” İB rəhbərliyi Vətən müharibəsində iştirak edən neftçilərin sosial problemlərini, onların karyera inkişafını hər zaman diqqət mərkəzində saxlayır.
Qeyd edilib ki, belə görüşlər mütəmadi olaraq keçiriləcək.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib