İnternet dələduzları növbəti dəfə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və başqa şirkətlərin adından insanlara hədiyyə udmaq, qazanc əldə etmək imkanları barədə məlumatlar göndərməyə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir k, adətən bu cür internet dələduzluğunun məqsədi insanların şəxsi məlumatlarını əldə etmək olur.
"SOCAR qətiyyətlə bəyan edir ki, internetlə sorğu və yaxud müsabiqələr keçirməklə hədiyyə udmaq, qazanc əldə etmək imkanları təklif etmir. Şirkətin elanları yalnız socar.az saytında dərc olunur. Hər kəsə dələduzların toruna düşməmək üçün ehtiyatlı olmağı tövsiyyə edirik”, - deyə şirkət bəyan edib.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib