09 noyabr 2021 18:39
1030

Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - VİDEO

Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.

"İki sahil" "TRT Haber"ə istinadən xəbər verir ki, dağıntılar altından 8 nəfər yaralı halda çıxarılıb. Məlumata görə, dağıntılar altında 20-yə yaxın insan var.

İnönü küçəsində yerləşən köhnə tikilinin naməlum səbəbdən uçduğu deyilir.

Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.