09 noyabr 2021 00:32
823

Keçən il bu gün bu yürüş mübarək qələbə ilə taclandı VİDEO

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki,  F.Altun bu barədə rəsmi tvitter hesabında paylaşım edib.

“Eyni kədəri və sevinci paylaşaraq, biz həmişə iki dövlət, bir millət ruhu ilə çiyin-çiyinə olmuşuq. Keçən il bu gün bu yürüş mübarək qələbə ilə taclandı. Azərbaycanlı qardaşlarımızın böyük müqavimət ruhu ilə azad etdiyi Qarabağımıza salam olsun”, - deyə təbrikdə deyilir.