Azərbaycanın Şuşa şəhərində Anım günü qeyd edilib.
“İki sahil” xəbər verir ki, “Haber Global” tədbirdən reportaj yayıb.
Türkiyənin tanınmış jurnalisti Murat Karataş Şuşada keçirilən tədbirlər barədə məlumat verərək bildirib ki, şəhər meydanında quraşdırılan monitordan sakinlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım gününə həsr edilən müraciətini izləyiblər.
Müxbir Gövhər ağa məscidindəki anım mərasimindən də danışıb.
Eyni zamanda Murat Karataş Türkiyədə və Azərbaycanda Anım günü ilə bağlı sükutun eyni vaxtda keçirildiyini, o cümlədən Şuşada Bayraq meydanında bu mərasimin qeyd edildiyini vurğulayıb: “Şuşanın azad edilməsi Ermənistanı diz çökdürdü. Şuşanın xilas edilməsi Azərbaycana Zəfər gətirdi”.
Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib