15 sentyabr 2021 14:05
1003

Türkiyənin yanımızda olması bizə güc verir- Zakir Həsənov

Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir.

“İki sahil” xəbər verir ki,  bunu müdafiə naziri Zakir Həsənov Konyada "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ikinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstərdi:

"Türkiyə siyasi, hərbi rəhbərliyinin bəyanatları Türkiyənin daima Azərbaycanın yanında olduğunu Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi".