11 sentyabr 2021 19:07
1171

Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.
Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən  müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.
Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.