10 sentyabr 2021 09:58
1091

Rusiyada içərisində uşaq olan avtomobil qəsdən yandırıldı

Rusiyanın İrkutsk şəhərində içərisində altı yaşlı qız olan avtomobil yandırılıb. Uşaq son anda avtomobildən qaçmaqla canının qurtara bilib.

“İki sahil” Oxu.Az-a istinadən xəbər verir ki, hazırda cinayətkarlar federal axtarışdadır.

RF İstintaq Komitəsi iki şübhəli barədə məlumat yayıb: Dmitriy Matsenko (yanğını həyata keçirdən) və  İrina Matsenko (o, avtomobili ilə qardaşını hadisə yerinə gətirib, sonra da aparıb).

Cinayətin motitvləri araşdırılır.