03 sentyabr 2021 18:39
1139

"TURAZ Şahini - 2021" təlimlərində ətrafı tanıma uçuşları keçirilib FOTO

"TURAZ Şahini - 2021" birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.

Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə Miq-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.