02 sentyabr 2021 20:22
1060

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib FOTO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqənin yekun nəticələrinə əsasən komandamız üçüncü yerə layiq görülüb. Qazaxıstan komandası birinci, Rusiya komandası isə ikinci yeri qazanıb.

Bundan başqa polkovnik-leytenant Namiq Əhmədov "Ən yaxşı məşqçi", gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olublar.

Qalib komandalara mükafatlar təqdim olunub. Mərasimdən sonra “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.