02 sentyabr 2021 18:17
1166

Azərbaycan-Türkiyə birgə hərbi təlimində döyüş tapşırıqları icra edilir FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Bakıda Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlim-məşqlərə başlaması ilə bağlı məlumat yayıb.

“İki sahil” xəbər verir ki,  məlumatda qeyd olunub ki, Türkiyə və Azərbaycan Ordularına məxsus Sualtı Hücum Dəniz Xüsusi Təyinatlılarının təlimləri keçirilir.

Azərbaycanda davam edən təlimlər çərçivəsində müxtəlif növ silahlardan atış və döyüş tapşırıqları icra edilir.