02 sentyabr 2021 13:32
874

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində finala çıxıb

“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiyanın Moskva şəhərində keçirilən “Tank biatlonu” müsabiqəsində mübarizə aparan Azərbaycan tankçıları finala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycan tankçıları sentyabrın 4-də Alabino poliqonunda keçiriləcək müsabiqənin final mərhələsində Rusiya, Çin və Qazaxıstan tankçıları ilə mübarizə aparacaq.